İDMAN

03 Oktyabr

Rus futbol portalı "Qarabağ"dan ümidlidir

Bu gün Azərbaycan çempionu “Qarabağ”, Avropa Liqasının Liqa mərhələsinin II turunda İsveçin “Malmö” komandasını qəbul edəcək. 

Fins.az xəbər verir ki, Rusiyanın tanınmış “euro-football” portalı qarşılaşma ilə bağlı proqnozunu açıqlayıb.

Portalın proqnozlarına görə, sonuncu görüşündə “Tottenhem”ə 0:3 hesabı ilə uduzan və turnir cədvəlində sonuncudan əvvəlki yerdə olan Qurban Qurbanovun komandası, “bu oyunda qələbə qazanaraq vəziyyətini düzəltməyi hədəfləyir".

“Malmö” komandası isə son matçında “Reyncers”ə 0:2 hesabı ilə məğlub olub. İsveç çempionatında birinci yerdə olan mavilər, Avropa Liqasındakı mübarizəyə zəif start verib.

Bukmeker kontorları “Qarabağ”ı qarşıdakı oyunun favoritləri arasında hesab edir.

Eyni zamanda, rəqiblər indiyədək bir-birini görməyiblər, lakin “Qarabağ”ın son beş oyunda dörd qələbə qazanması, onlara əlavə motivasiya verəcək.

“Euro-football”, oyunun sonunda Azərbaycan klubunun iki qol vuraraq qapısını toxunulmaz saxlayacağına inam bəsləyir.

Oyun saat 20:45-də başlayacaq.
 

Zemfira Ms
Fins.az