70-ə yaxın “Malmö” azarkeşi Azərbaycana uzun səfər edib.
Fins.az, bu barədə İsveç klubunun rəsmi saytına istinadən xəbər verir.
İsveçli azarkeşlərə arenaya bayraq və pankartların gətirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edilib. Onlara stikerlərin arenaya gətirilməsinin qadağan olduğu, böyük çantaların isə icazə verilmədiyi bildirilib. Kiçik çantalara icazə verilir, həmçinin arenada pivə satışı üçün köşklərin mövcud olduğu qeyd edilib. Ödəniş isə həm nağd, həm də kartla edilə bilər.
“Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.
Zemfira Ms
Fins.az