Azərbaycan Qış İdman Növləri Federasiyası, Beynəlxalq Konkisürmə Birliyi (ISU) ilə aparılan müzakirələr nəticəsində, 2025-ci il 24-27 sentyabr tarixlərində yeniyetmələr arasında Qran-pri yarışının ölkəmizdə keçirilməsi qərarını alıb.
Fins.az xəbər verir ki, bu irimiqyaslı tədbirə 20-dən artıq ölkədən 150-yə yaxın idmançının qatılması gözlənilir.
Bu yarış, Azərbaycanın fiqurlu konkisürmə tarixində ilk dəfə baş tutacaq.
Təşkilatçılar, daha sonra dünya çempionatının keçirilməsi üçün də müraciət etməyi planlaşdırır.
Zemfira Ms
Fins.az