"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I turunda İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı 0:3 hesablı məğlubiyyəti şərh edib.
Fins.az xəbər verir ki, baş məşqçi mətbuat konfransında bildirib ki, komanda bu nəticəyə layiq deyildi, lakin rəqib layiqli qələbə qazandı. 52 yaşlı mütəxəssis futbolçularının yaxşı oyun sərgilədiyini, lakin daha yaxşı nəticə əldə edə biləcəklərini vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 3-də UEFA Avropa Liqasının II turunda İsveçin "Malmö" klubu ilə qarşılaşacaq. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Azərbaycan UEFA reytinqində 27-ci pilləyə geriləyib və ölkənin əmsalı 19,125-dir. 55 ölkənin yer aldığı siyahıda birinci yerdə İngiltərə qərarlaşıb.
Zemfira Ms
Fins.az