“SOCAR Türkiyə” bu mövsümdə İğdır Futbol Klubunun rəsmi oyunlarının forma sponsoru olub.
Fins.az xəbər verir ki, imzalanma mərasimi Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun və klub rəhbərliyinin iştirakı ilə keçirilib.
Razılaşmaya əsasən, klub bütün rəsmi matçlarda SOCAR-ın loqosunu daşıyacaq. “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov bu əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını vurğulayıb.
İğdır Futbol Klubunun prezidenti Cantürk Alagöz isə bu dəstəyin onları qürurlandırdığını bildirib.
Zemfira Ms
Fins.az