İDMAN

26 İyul

FIFA Paris olimpiadasındakı oyunla bağlı araşdırmaya başlayıb

FIFA İntizam Komitəsi Argentina və Mərakeş yığmaları arasında Paris-2024 Yay Olimpiya Oyunlarında keçirilmiş matçdakı mümkün pozuntuları araşdırmaq üçün ekspert təyin edəcək.

Fins.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Komandalar arasında görüş 61-ci dəqiqədə dayandırılıb. Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydana qaçaraq rəqib futbolçuların üzərinə fişəng atıblar. İki saat sonra matç boş tribunalar önündə başa çatdırılıb. Argentinanın ikinci qolu ofsayd səbəbindən ləğv edilib. Mərakeş yığması 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.

Kaira Ağayeva 

Fins.az