İDMAN

24 İyul

2030-cu il Qış Olimpiya Oyunları Fransanın Alp dağlarında keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin sessiyası Fransa Alp dağlarını 2030-cu il Qış Olimpiya Oyunlarının paytaxtı kimi təsdiqləyib. Bu qərar çərşənbə günü Parisdə 2024-cü il Olimpiadasının başlaması ərəfəsində qəbul edilib.

Fins.az xəbər verir ki, çərşənbə günü Parisdə 2024-cü il Olimpiadasının başlaması ərəfəsində qəbul edilib.

BOK prezidenti Tomas Bax deyib: “BOK 2030-cu il Olimpiya Oyunlarının BOK tərəfindən qoyulan şərtlərin yerinə yetirilməsi şərti ilə Fransa Alp dağlarında keçiriləcəyini elan etmək şərəfinə malikdir”.

Bu qərarın lehinə 84, əleyhinə 4 səs verilib. 7 seçici bitərəf qalıb.

BOK həmçinin şərt qoyub ki, Fransa baş nazirinin zəmanətləri bu ilin oktyabrına qədər verilməlidir. Maraqlıdır ki, 2030-cu il Qış Olimpiya Oyunlarına ev sahibliyi etməyə başqa namizəd yox idi.

Kaira Agayeva

Fins.az