İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Vinisius Junioru transfer etmək istəyir.
Fins.az-ın "Defensa Central"a istinadən məlumatına görə, "qırmızı şeytanlar" 23 yaşlı braziliyalıya 200 milyon avro dəyərində 5 illik müqavilə təklif etməyə hazırdır.
Mançester təmsilçisi Madrid klubuna əlavə 230 milyon avro ödəmək niyyətindədir. Hücumçu “Real"a 2018-ci ilin iyulunda Braziliya klubu “Flamenqo”dan keçib. Onun "Real" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, 2023/2024 mövsümündə V.Junior meydana çıxdığı 39 matçda 24 qola 11 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı onun bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.
Kaira Agayeva
Fins.az