İDMAN

19 İyul

Azərbaycan millisi Avropa çempionatında bu gün İsveçrə ilə qarşılaşacaq

Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.

Fins.az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 17-20-ci yerlər uğrunda pley-off mərhələsinin ilk oyununda İsveçrə ilə qarşılaşacaq.

Rumıniyadakı "Piteşti Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda İsveçrə ilə yanaşı, Albaniya, Moldova və Ermənistan yığmaları ilə mübarizə aparacaq.

Kaira Agayeva 

Fins.az