İDMAN

22 Aprel

Şahmatçılarımızdan Avropada 8 qələbə

Bu gün qadın şahmatçılar arasında Avropa çempionatında II turun oyunları keçirilib. Rodos adasında keçirilən yarışda Azərbaycanın 10 zəka sahibi də mübarizə aparır.

Fins.az xəbər verir ki, onlardan 8-i turu qələbə ilə başa vurub. 1 şahmatçımız xalı böldüyü halda, yalnız 1-i məğlubiyyətə üzülüb.

Qeyd edək ki, Avropa çempionatında 183 şahmatçı mükafatlar uğrunda mübarizə aparır.