İDMAN

19 Mart

Göztepe Tribunada Super Liqa komandalarını geridə qoyub

Ötən həftə 1-ci Liqada 0:0 hesabı ilə başa çatan Ankara Keçiörengücü matçında Gürsel Aksel Stadionunu dolduran və komandaya böyük dəstək verən Göztepeli futbolsevərlər Super Liqa komandalarını geridə qoyub.

Fins.az xəbər verir ki, Göztepeyə stadionda 17 min 161 azarkeş biletlə dəstək olarkən, ötən həftə Super Liqada yaşanan hadisəli Trabzonspor-Fənərbaxça matçını 37 min 161 azarkeş biletlə izləyib. 

Derbi istisna olmaqla, digər Super Liqa komandalarının tamaşaçı sayı Göztəpədən geri qalıb. Öz meydanında "Antalyaspor"la qarşılaşan "Beşiktaş" 15 min 853 biletli azarkeşə oynayıb. Adana Demirspor-Sivasspor matçını 8 min 898 adam izləyib. Lider "Qalatasaray" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb. Rəcəb Tayyib Ərdoğan stadionunda "Qalatasaray"ın 4-3 hesabı ilə qalib gəldiyi qarşılaşmaya 7 min 454 azarkeş qatılıb.

Paytaxtda keçirilən “Ankaragücü” – “Başakşəhər” matçına 7 min 960 azarkeş qatıldığı halda, İstanbulda keçirilən “Fatih Karagümrük” – “Konyaspor” matçını cəmi 779 nəfər izləyib.

Günel Məlikzadə
Fins.az