İDMAN

18 Mart

FİFA-dan Trabzonspor-Fənərbaxça matçı üçün açıqlama

FİFA Trabzonspor-Fənərbaxça matçında baş verənlərə biganə qalmayıb. FİFA prezidenti Canni İnfantino hadisələrlə bağlı açıqlama verib.

Fins.az xəbər verir ki, FİFA prezidenti Canni İnfantino açıqlamasında "Türkiyə Superliqasında "Trabzonspor" - "Fənərbaxça" matçından sonra şahidlik edilən zorakılıq qətiyyən qəbuledilməzdir" deyib.

İnfantino həmçinin deyib: "Onların meydanda və ya kənarda, bizim idmanda və ya cəmiyyətimizdə yeri yoxdur. Mən bunu əvvəllər demişəm və yenə də deyirəm - istisnasız olaraq, futbolda bütün oyunçular təhlükəsiz oynamalıdırlar" dedi.

İnfantino son olaraq baş verənlərlə bağlı bunları deyib: “Mən aidiyyatı qurumları bu məsələyə bütün səviyyələrdə hörmətlə yanaşılmasını və Trabzonda baş verən şok hadisələrin səbəbkarlarının törətdikləri əməllərə görə məsuliyyət daşımasını təmin etməyə çağırıram” dedi.

Günel Məlikzadə
Fins.az