İDMAN

13 Mart

Tümer Metinin matç proqnozları

Super Liqanın son 9 həftəsinə girdiyimiz bir vaxtda Fənərbaxça ilə Qalatasaray arasında çempionluq yarışı bütün sürəti ilə davam edir. Məşhur şərhçi Tümer Metin Sokrat YouTube kanalında hər iki komandanın qalan oyunları ilə bağlı proqnozlarını verib. Tümer Metinin şərhini təqdim edirik:

Fins.az xəbər verir ki, Tümer Metin Qalatasarayın Kasımpaşa (D) və Hatayspor matçlarından 3 xalla dönəcəyini bildirib.

Məşhur şərhçi “Qalatasaray”ın “Alanyaspor”la səfər matçı haqda bunları deyib: “Texniki olaraq, “Qalatasaray” bu müddətdə xal itirərək, Alanyanı 2 xalla tərk edə bilər”. 

Tümer Metin "Qalatasaray"ın "Alanyaspor" matçından sonra keçiriləcək "Pendikspor", "Adana Dəmirspor" (D), "Sivasspor" və "Karagümrük" (D) ilə matçlardan 3 xalla ayrılacağını bildirib.

"Qalatasaray"ın "Fənərbaxça" ilə keçirəcəyi derbiyə gəlincə, Tümer Metin matçın heç-heçə bitəcəyini deyib.

Tümer Metin derbi ilə bağlı "Fənərbaxça üçün konyuktur matç olacaq. Qalatasaray üçün heç-heçə kifayət edəcəkmi, yox? Konyuktur matçı olacaq" dedi. 

Tümer Metin "Qalatasaray"ın Superliqanın son həftəsində səfərdə "Konyaspor"u məğlub edəcəyini bildirib. Metin, "Məncə, o, bu cədvəllə 101 xal qazanır" dedi. 

Fənərbaxçanın geridə qalan matçlarını dəyərləndirən Tümer Metin sarı-göylü komandanın Trabzonspor səfər matçından 3 xalla dönəcəyini bildirib.

Məşhur şərhçi "Fənərbağça"nın "Adana Dəmirspor", "Karagümrük" (D), "Sivasspor" (D), "Beşiktaş", "Konyaspor" (D), "Kayserispor"la matçlarda qalib gələcəyini bildirib.

"Fənərbaxça"nın "Qalatasaray"dan səfərdə heç-heçə ilə dönəcəyini bildirən Metin, sarı-göylülərin liqanın son həftəsində İstanbulspor matçında qalib gələcəyini bildirib.

Günel Məlikzadə
Fins.az