Bu qış transfer pəncərəsi dönəmində "Kocaelispor"la (Türkiyə) müqavilə imzalayan Ramil Şeydayevin gəliri müəyyənləşib.
Fins.az xəbər verir ki, bu barədə "Özgür Kocaeli" qəzeti məlumat yayıb. Klubla 1.5 illik müqavilə imzalayan Azərbaycan millisinin 27 yaşlı hücumçusunun bu mövsümün sonuna qədər 250 min avro, yeni mövsüm üçün isə 450 min avro qazanc götürəcəyi bildirilib.
Beləliklə, bu transferdən Şeydayev ümumən 700 min avro əldə edəcək.
Xatırldaq ki, Şeydayev Türkiyənin 1-ci liqasında yarışan "Kocaelispor"a yanvarda Tailandın "Buriram Yunayted" komandasından keçib. O, yeni klubunda 7 oyun keçirib və hələlik qol vura bilməyib.
© qol.az