Ara transfer dövründə almaq opsiyonu ilə icarəyə götürülən iki futbolçu üçün yeni komandaların qərar verdiyi iddia edilib.
Fins.az xəbər verir ki, Braqantino Linkolndan, Rayo Valyekano isə Migel Kresponun oyunundan razı qalıb.
Hər iki klubun Linkoln və Migel Krespo seçimindən istifadə edəcəyi barədə ətraflı məlumat verilib.
Digər tərəfdən, Fənərbaxçanın Lincoln və Miguel Crespodan alacağı transfer əvəzi də müəyyən oldu.
Buna uyğun olaraq sarı-göylər Linkolndan 6 milyon, Migel Krespodan isə 4 milyon avro qazanacaq.
Kresponun müqaviləsinə əsasən, 4 milyon avro qonorarın 20 faizi Estoril-ə veriləcək.
Qey dedək ki, Miguel Crespo Rayo Valyecano ilə 4 liqa matçında oynadığı halda, Linkoln Bragantino ilə 6 matçda meydana çıxdı və 1 məhsuldar ötürmə verdi.
Günel Məlikzadə
Fins.az