İDMAN

01 Mart

"Yuventus" Federiko Kyesa ilə yollarını ayıra bilər

A Seriyasında çempionluq yarışında lider "İnter"dən geri qalan " Yuventus" mövsümün sonunda Federiko Kyesa üçün təklifləri dəyərləndirəcək.

Fins.az "La Gazette della Sport"da çıxan xəbərə istinadən bildirir ki,  "Yuventus"un müqaviləsinin yenilənmədiyi təqdirdə 1,5 il müddətinə müqaviləsi qalan Kyesa ilə işdən çıxarmaq istədiyi ifadə edilib və 35-40 milyon avro arası gəlir gözlədikləri qeyd edilib. 

Xəbərdə deyilirdi ki, "Yuventus" Kyezanın ayrılmasına icazə verərsə, italyan oyunçunu Kənan Yıldız əvəzləyə bilər.

"Yuventus"un hələ bir qərar vermədiyi vurğulanarkən, "Komandada onu əvəz edə biləcək Kənan Yıldız artıq bir ad var" deyildi.

Qeyd edək ki, bu mövsüm "Yuventus"un heyətində 25 matçda iştirak edən Kənan Yıldız 5 qol vurub, 1 məhsuldar ötürmə edib.

Günel Məlikzadə
Fins.az