İDMAN

29 Fevral

Əziz Yıldırımdan təkzib

Fənərbaxçanın sabiq prezidenti Əziz Yıldırımın Qalatasaray prezidenti Dursun Özbekə verdiyi cavabdan sonra yeni açıqlama verdiyi iddia edilib. Əziz Yıldırımın sosial şəbəkələrdə sanki özü deyirmiş kimi yayılan açıqlaması yalandır.

Fins.az xəbər verir ki, Əziz Yıldırım açıqlamasında, "Bu gün sosial mediada, mənbəsi bilinməyən, sanki mənim ağzımdan çıxmış kimi təqdim edilən, axmaq cümlələrdən ibarət açıqlamalar yalandır. Son mətbuat bəyanatımdan sonra heç bir yeni açıqlama verməmişəm. Bu tip dezinformasiya yaradan açıqlamalar kobudluqdur.Son açıqlamam və açıqlamanı paylaşdığım kanallar aydındır.Xahiş edirəm ki, mənim vasitəmlə demək istədiklərinə xidmət edənlərin bu cür manipulyasiyaları nəzərə alınmasın".

Günel Məlikzadə
Fins.az