İDMAN

23 Fevral

Avrokuboklar üçün cəza ehtimalı: Chelsea üçün kritik final

Premyer Liqada çempionluq mübarizəsini davam etdirən "Liverpul" və liqada pis mövsüm keçirən " Çelsi " İngiltərə Liqa Kubokunun finalında ( Carabao Cup ) üz-üzə gələcək.

Fins.az xəbər verir ki, İngiltərədə mövsümün ilk kuboku bu bazar günü Uemblidə öz sahibini tapacaq.

Roman Abramoviçin komandanı satmasından sonra hələ də istədiyi uğuru əldə edə bilməyən "Çelsi" Todd Boehlinin rəhbərliyi altında ilk finalında oynayacaq və "Liverpul"u məğlub edəcəyi təqdirdə ilk kubokunu qazanacaq.

Son üç transfer dövründə xərcləri 1 milyard funt-sterlinqdən çox olan London komandası üçün bu final xüsusi əhəmiyyət kəsb edir.

Günel Məlikzadə
Fins.az