İDMAN

23 Fevral

Konfrans Liqasının püşkatma mərasimi nə vaxt keçiriləcək?

Fənərbaxça UEFA Konfrans Liqasında H qrupunda birinci olub və birbaşa son 16 tura vəsiqə qazanıb. Konfrans Liqasının qrup mərhələsinin ikinci və Avropa Liqasının üçüncü yerlərinin sahibləri pley-off matçlarında üz-üzə gəlib. Ötən gecə baş tutan qarşılaşmalardan sonra "Fənərbağça"nın mümkün rəqibləri bəlli olub. Bəs, Konfrans Liqasının püşkatması canlı olaraq saat neçədə və hansı kanalda yayımlanacaq? 

Fins.az xəbər verir ki, UEFA Konfrans Liqasında püşkatma həyəcanı başlayıb. Fənərbaxçanın son 16 turdakı rəqibini müəyyən edəcək püşkatma mərasimi 23 Fevral Cümə günü saat 16.00-da başlayacaq.

Avropa Liqasının püşkatma mərasimi başa çatdıqdan sonra Konfrans Liqasının püşkatma mərasimi başlayacaq. Konfrans Liqasının püşkatması Exxen kanalında canlı yayımlanacaq.

Konfrans Liqasında qrupunu lider kimi başa vuran “Fənərbaxça” birbaşa 1/8 finala vəsiqə qazanıb. Bu səbəbdən sarı-göylülər pley-off mərhələsindən çıxan komandalardan biri ilə qarşılaşacaq.

Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunlarından sonra “Fənərbaxça”nın mümkün rəqibləri belədi:

“Ayaks”, “Olimpiakos”, “Dinamo Zaqreb”, “Molde”, “Union SG”, “Makkabi Hayfa”, “Servette” və “Şturm Qraz”.

Günel Məlikzadə
Fins.az