İDMAN

22 Fevral

Fernando Reges yeni komandası ilə müqavilə imzalayır

İspaniya La Liqa təmsilçisi "Sevilya"dan ayrılan Fernando Regesin yeni komandası bəlli olub.

Fins.az xəbər verir ki, Braziliya Liqa komandası İnternasionalın sosial media hesabında edilən paylaşımda Fernando ilə müqavilə imzalandığı açıqlanıb.

Açıqlamada 36 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalandığı bildirilib.

Futbolçu karyerasına Vila Novada başlayan Fernando daha sonra "Porto", "Estrela" və "Mançester Siti"də çıxış edib.

"Mançester Siti"dən ayrıldıqdan sonra 2017-ci ildə "Qalatasaray"a transfer olan braziliyalı futbolçu 2019-cu ildə "Sevilya"ya transfer olunub.

Aralıq transfer dövründə "Sevilya"dan ayrılan Fernando bu mövsüm İspaniya komandasında 19 matçda meydana çıxıb.

Günel Məlikzadə
Fins.az