İDMAN

22 Fevral

Qalatasaray üçün lotereya - Nicolo Zaniolo

"Qalatasaray"ın alış opsiyonu ilə "Aston Villa"ya icarəyə verdiyi Nikolo Zaniolo İngiltərədə gözlədiyini tapa bilməyib.

Fins.az xəbər verir ki, müntəzəm oynamaq şansı olmayan Nikolo Zaniolonun mövsümün sonunda İngiltərə ilə vidalaşacağı bildirilib. 

İtalyan xəbərlərində ulduz adının ölkəsinə dönəcəyi vurğulanır.

Daha əvvəl "La Gazzetta dello Sport"da "Milan" və "Yuventus"un Nikolo Zaniolo ilə maraqlandığı bildirilmişdi.

Çıxan son xəbərdə italyan futbolçunun yerinə Fiorentina'nın da keçdiyi qeyd edilib.

Yay transfer dönəmində hər üç klubun "Qalatasaray"ın qapısını döyəcəyi bildirilirdi.

"Qalatasaray" "Roma"dan Zanyolonu 15 milyon avroya transfer edib.

Aston Villa ilə bütün yarışlarda 26 matça çıxan Zaniolo 917 dəqiqə meydanda olub və 2 qola imza atıb.

Günel Məlikzadə
Fins.az