İDMAN

21 Fevral

Fredin vəziyyəti bəlli olub

Liqada "Fənərbaxça"nın "Samsunspor"la oynadığı matçda zədələnən Fred 1 ay formadan uzaq qalıb.

Fins.az xəbər verir ki, digər tərəfdən zədəsini sağaldan Fred yenidən işə başlayıb. 

Braziliyalı ulduzun şənbə günü liqada keçiriləcək Kasımpaşa matçında oynayıb-oynamayacağı maraq doğururdu.

Xəbərlərdə texniki heyətin 100 faiz hazır olmadan Fredi risk etməyəcəyi bildirilirdi.

Fənərbaxça Fredsiz liqada 1 məğlubiyyət, 3 bərabərlik və cəmi 10 matçda 6 qalibiyyət aldı.

Günel Məlikzadə
Fins.az