İDMAN

20 Fevral

Müjdəli xəbər gəlib

Zədəsi səbəbindən bir müddətdir meydanlardan uzaq olan Fənərbaxçanın braziliyalı ulduzu Fredin son yoxlamasında gözlənilən sağalma müşahidə olunub.

Fins.az xəbər verir ki, Fred bu gündən etibarən komandaya qayıdır. 30 yaşlı yarımmüdafiəçi əvvəlcə komanda məşqinin ilk hissəsində iştirak edəcək, sonra isə nəzarətli şəkildə bütün məşqdə iştirak edəcək.

Yanvarın 21-də "Fənərbaxça"nın "Samsunspor"la 1:1 hesablı heç-heçə etdiyi matçın 87-ci dəqiqəsində zədələnən Fred oyunu Rade Kruniçlə əvəzləyib. Sarı-göylər klubundan verilən açıqlamada braziliyalı futbolçunun sağ ayağının ön bud nahiyəsində vətərində yırtığın aşkarlandığı açıqlanıb.

Günel Məlikzadə
Fins.az