İDMAN

19 Fevral

Aboubakarla bağlı qərar verilib

Beşiktaşda müalicəsi başa çatdıqdan sonra bu həftə bütün məşqlərdə iştirak edən Vinsent Aboubakar Fernando Santos ilə görüş keçirib.

Fins.az xəbər verir ki, Portuqaliyalı məşqçi tələbəsinə "Hazırsan? Özünü necə hiss edirsən?" soruşub. Kamerunlu hücumçu "Bədənim yavaş-yavaş bərpa olunur. Hazırda tam hazır deyiləm. Bir həftə daha lazımdır" deyə cavab verib.

“Konyaspor” matçında Aboubakarı ilk 11-də meydana çıxarmaq istəyən təcrübəli çalışdırıcı aldığı cavabla bağlı planlarını dəyişməli olub. 

Heyətdə yer alacaq 32 yaşlı hücumçu matçın gedişindən asılı olaraq ikinci hissədə oyuna cəlb olunacaq.

Qeyd edək ki, bu mövsüm 22 rəsmi matçda 1674 dəqiqə meydanda qalan Aboubakar 11 qol vurub, 3 məhsuldar ötürmə edib. Ulduz mərkəz hücumçusu sonuncu dəfə dekabrın 9-da Tüpraş stadionunda F.Bahçe ilə 3:1 hesabı ilə uduzduğu matçda iştirak edib.

Günel Məlikzadə
Fins.az