"Milan" klubu özünə yeni stadion inşa etdirməyi planlaşdırır.
Fins.az xəbər verir ki, bu barədə klubun prezidenti Paolo Skaroni danışıb. O, hazırda "İnter"lə ortaq olaraq istifadə etdikləri "San Siro" arenasından uzaqlaşmaq istədiklərini qeyd edib:
“Biz ərazi aldıq, San Donato Şurasından müsbət cavab gəldi. Bölgəni və digər yerli hakimiyyət orqanlarını narahat edən bir sıra addımlarımız var. Biz nisbətən optimistik, hətta İtaliyada stadionların tikintisinə nikbin baxmaq kifayət qədər çətin məsələdir.
Gəlin irəli gedək, bizə yeni stadion lazımdır. Milanın meri bizdən xahiş etdi ki, "San Siro" stadionunu bəlkə də yüngül şəkildə təmir etməyin mümkün olub-olmadığını görmək üçün sonuncu cəhd edək. Lakin mən buna mənfi yanaşıram.Hər həftə 70 min insanın gəldiyi bir stadionda əhəmiyyətli təmir işləri görmək olmaz. Bu, texniki cəhətdən çətin məsələdir".
© trend