Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
Fins.az xəbər verir ki, bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi bu gün mübarizəyə qoşulacaq. Yalnız Nihat Məmmədli təsnifat mərhələsindən yarışa başlayacaq. Digər dörd güləşçi 1/8 finaldan etibarən çıxış edəcək.
60 kq Nihat Məmmədli – Nedyalko Petrov (Bolqarıstan)
67 kq Həsrət Cəfərov – Sebastyan Nad (Serbiya)
72 kq Ülvü Qənizadə – Giorgi Çxikvadze (Gürcüstan)
82 kq Rafiq Hüseynov – Alperen Berber (Türkiyə)
97 kq Murad Əhmədiyev – Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya)
Bu gün həmçinin Azərbaycanın 4 güləşçisi mükafat uğrunda yarışacaq. Rəşad Məmmədov (55 kq) Artyom Deleanu (Moldova) ilə, Murad Məmmədov (63 kq) isə Aleksandr Qruşinlə (Ukrayna) final görüşünə çıxacaq.
İslam Abbasovla (87 kq) Beka Kandelaki (130 kq) isə bürünc mükafat qazanmağa çalışacaqlar. Onların rəqibləri təsəlliverici görüşlərdən sonra bilinəcək.