İDMAN

06 Fevral

"Qalatasaray"ın yeni sol cinah müdafiəçisi Derrik Köhn olacaq

Ara Transfer dövründə işini davam etdirən Qalatasaray-ın hədəf sahələrindən biri də sol bekdir. Boeydən sonra Aurieri sağ cinah müdafiəsinə transfer edən "Qalatasaray" sol cinah müdafiəçisi transferini yekunlaşdırmaq üzrədir.

Fins.az xəbər verir ki, Angelinonun yola salınmasından sonra sol cinah müdafiəçisi axtarışlarını sürətləndirən "Qalatasaray"ın gündəmində Rıdvan Yılmaz və Levent Mercan kimi yerli adlar olsa da, "sarı-qırmızılar" son qərarını əcnəbinin xeyrinə verib.

Qalatasaray Hannoverdə futbol oynayan Derrick Köhn transfer etmək üzrədir. Xəbərin təfərrüatında Qalatasaray Derrik Köhn üçün Hannoverə 400 min avroluq icarə təklifi edib.

Digər tərəfdən sarı-qırmızılılar 25 yaşlı futbolçu üçün alış opsiyonu olaraq 2 milyon avro təklif edib. "Qalatasaray" və "Hannover"in Derrik Köhn transferi üçün razılığa gəlmək üzrə olduğu vurğulanıb.

Bu mövsüm Bundesliqa 2-də 20 matça çıxan Köhn 3 qol və 6 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

"Hannover" 25 yaşlı sol cinah müdafiəçisini ötən mövsümün əvvəlində Villemdən 500 min avroya transfer etmişdi.

Günel Məlikzadə
Fins.az