İDMAN

05 Fevral

Hakim Ziyeçin "Qalatasaray"dakı taleyi bəlli olub

"Qalatasaray"ın mövsümün əvvəlində alış opsiyonu ilə icarəyə götürdüyü Hakim Ziyeç "sarı-qırmızılılar"da aşağı-yuxarı çıxış edib.

Fins.az xəbər verir ki, Afrika Millətlər Kubokundan sonra İstanbula qayıdan Hakim Ziyeçin gələcəyi maraq doğurub.

Xüsusilə Səudiyyə Ərəbistanından talibləri olan və ayrılması gündəmdə olan Hakim Ziyeçin durumu bəlli olub.

Hakim Ziyeç mövsümü "Qalatasaray"da başa vuracaq.

30 yaşlı futbolçu ilə bağlı yekun qərar mövsümün sonunda veriləcək.

Bu mövsüm "Qalatasaray"ın heyətində Super Liqada 9, Çempionlar Liqasında isə 5 matça çıxan Ziyeç 4 qol və 2 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Günel Məlikzadə
Fins.az