İDMAN

01 Fevral

Beşiktaş-Trabzonspor matçı üçün qərarı

Trendyol Super Liqasının 24-cü həftəsində Beşiktaş və Trabzonspor üz-üzə gələcək.

Fins.az xəbər verir ki, fevralın 4-ü bazar günü Super Liqada oynanılacaq matçdan əvvəl "Trabzonspor" azarkeşlərinin matça buraxılmayacağı bildirilib.

Beşiktaşdan edilən açıqlamada, "Futbol Komandamız Trendyol Super Liqasının 24-cü həftəsində 4 fevral bazar günü saat 19.00-da(Türkiyə saatı ilə) Tüpraş Stadionunda Trabzonspor ilə qarşılaşacaq. İl İdman Təhlükəsizlik Şurasının qərarına əsasən, qonaq komanda azarkeşləri tribunalarda olmayacaq".

Beşiktaşın paylaşımı:
Azarkeşlərimizə Əhəmiyyətli Anons:

Futbol komandamız 4 Fevral Bazar günü Trendyol Super Liqasının 24-cü həftəsində Tüpraş Stadionunda saat 19.00-da "Trabzonspor"la qarşılaşacaq.

İl İdman Təhlükəsizlik Şurasının qərarına əsasən, qonaq komanda azarkeşləri tribunalarda olmayacaq.

— Beşiktaş JK (@Beşiktaş) 1 fevral 2024

Günel Məlikzadə
Fins.az