İDMAN

29 Yanvar

Anjelinonun transferi ilə bağlı razılıq əldə olunub

"Qalatasaray" Ancelino ilə yollarını ayırır.

Fins.az xəbər verir ki, "Leyptsiq" və "Qalatasaray" ispan sol cinah müdafiəçisi ilə müqaviləni ləğv etmək üçün razılığa gəliblər. Ancelino "Qalatasaray"la müqaviləsini ləğv edərək Romaya gedərək mövsümün ikinci yarısını İtaliya komandasında tamamlayacaq.

“Roma” ilə müqavilədə alqı-satqı variantı var.

27 yaşlı sol cinah müdafiəçisi tezliklə İtaliyaya gedərək rəsmi müqavilə imzalayacaq. Bu mövsümün əvvəlində Leypsiqdən sarı-qırmızılılara icarəyə verilən Ancelino 19 matçda meydana çıxıb. 27 yaşlı sol cinah müdafiəçisi bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Günel Məlikzadə
Fins.az