Mövsümün əvvəlində "Qalatasaray"ın satın alma opsionu ilə icarəyə götürdüyü Anjelino "sarı-qırmızılar" üçün gözlənilən nəticəni verə bilməyib.
Fins.az xəbə verir ki, Qalatasaray daha bir matçda oynasa, 6 milyon avroluq alış opsiyonu aktivləşdiriləcək Angelino üçün Leypsiqlə danışıqları davam etdirirdi.
Leypsiq cəbhəsindən istədiyi cavabı ala bilməyən "Qalatasaray" Ancelino problemini həll etmək üzrədir.
Nəhayət, Roma İtaliya və Fransadan talibləri olan Ancelino üçün addım atdı.
Məşhur jurnalist Canluka Di Marzionun verdiyi xəbərə görə, "Roma" Anjelino ilə anlaşıb.
İtaliyalı nəhəng futbolçu transferindən sonra "Leyptsiq"lə təmaslara başlayıb.
“Roma” Almaniya komandası ilə əl sıxsa, Ancelino ara transfer dövründə “Qalatasaray”la vidalaşacaq.
Günel Məlikzadə
Fins.az