“Qalatasaray” “Football Benchmark” nəşrinin dərc etdiyi “2024 Avropa Çempionları Hesabatı”nda iz qoyan klub olub.
Fins.az xəbər verir ki, Avropanın 8 aparıcı liqasında ötən mövsümü çempion kimi başa vuran komandalar və onların liqalarından seçilmiş yerli rəqiblərinin müqayisəsinin yer aldığı hesabatın nəticələri belədir:
- Komanda dəyəri 85 faiz artan Cim-Bom, Avropada ən çox artım göstərən komanda kimi göstərildi.
- Football Benchmark-ın 2024-cü ilin yanvar tarixli məlumatlarına görə, "Qalatasaray"ın ümumi heyəti 228 milyon avrodur. Sarı-qırmızılılar oyunçu qiymətlərinə görə hesabatda 14-cü yerdə qərarlaşıb.
- “Qalatasaray” ölkə çempionları arasında PSJ ilə yanaşı qazancdan çox zərər çəkən iki klubdan biri oldu.
- Hesabatda yer alan “Fənərbaxça” da “Qalatasaray” qədər olmasa da, itki verən komandalar arasında görünürdü. (2022-23 mövsümündə "Qalatasaray" 49,2 milyon avro, "Fənərbaxça" isə 14 milyon avro itki ilə bağlanıb.)
- “Qalatasaray”ın dördüncü ildir ki, minusda olduğu qeyd olunurdu. 2022-23 mövsümündə əvvəlki mövsümlə müqayisədə 20 milyon avro pisləşdiyi vurğulanıb.
- 2022-23 mövsümü üçün "Fənərbaxça"nın əməliyyat gəliri 104 milyon avro, "Qalatasaray"ın isə 91 milyon avro əməliyyat gəliri göstərilib.
- "Qalatasaray"ın 91 milyon avro gəlirinin 50 milyon avrosu kommersiya, 30 milyon avrosu matç günü gəlirləri, 12 milyon avrosu yayım gəlirləridir.
- Football Benchmark-ın 2024-cü ilin yanvar tarixli öz məlumatlarına görə, Zaha 24 milyon avro ilə komandanın ən dəyərli oyunçusudur (Hakim Ziyeç 21, Tete 19 milyon avro).
- “Qalatasaray”ın gəlir artımında ən önəmli maddələrdən biri stadion gəlirləri idi. 2022/23 mövsümündə 62 faiz artaraq 18 milyon avrodan 30 milyon avroya yüksələrək əhəmiyyətli bir artım göstərdi.
Günel Məlikzadə
Fins.az