"Fənərbağça"dan ayrılması gündəmdə olan Mişi Batşuayidə yeni inkişaflar var. Mişi Batşuayinin gələcəyi ilə bağlı qərar verdiyi iddia edilib.
Fins.az xəbər verir ki, Fənərbaxça 2022-23 mövsümünün əvvəlində 3,5 milyon avroya Mişi Batşuayini transfer edib və futbolçu ilə 2+1 illik müqavilə imzalayıb.
Fənərbaxçadakı ilk mövsümündə gözləntilərin üzərində töhfə verən Batşuayi mövsümü 2 qol və 2 məhsuldar ötürmə ilə tamamladı.
"Fənərbağça" ilə müqaviləsinin son ilinə qədəm qoyan belçikalı hücumçu 2023-24 mövsümündən əvvəl son anda "Nottingem Forest"ə transfer olunmayıb.
Bir çox klubun radarında olan və ara transfer dövründə gedişi gündəmə gələn Mişi Batşuayi gələcəyi ilə bağlı qərarını verib.
Mişi Batşuayi mövsümü "Fənərbağça"da başa vurmağa qərar verib.
Təcrübəli hücumçunun Brügge, Strasburq və Montpelyedən gələn təklifləri rədd etdiyi bildirilib.
Michy Batshuayi 4 qol vurduğu "Adanaspor"la matçdan sonra transferindən danışıb və bu ifadələrdən istifadə edib:
"Bir çox insan transfer söz-söhbətlərindən danışır, amma mən bütün diqqətimi "Fənərbaxça"ya yönəldirəm. Mənim məqsədim və arzum bu komanda ilə bacardığımız bütün kubokları qazanmaqdır".
Bu mövsüm ümumilikdə 24 oyuna çıxan Batshuayi 13 qol vurub, 3 məhsuldar ötürmə edib.
Günel Məlikzadə
Fins.az