İDMAN

17 Yanvar

İkardi ilə bağlı qərar Trabzonspor matçı öncəsi verilib

Fənərbaxça derbisində üzündən aldığı zərbə nəticəsində üz sümüklərində sınıqlar yaranan Mauro İkardi təxminən 3 həftədir ki, müalicəsini İstanbuldan kənarda davam etdirir və klubun verdiyi proqrama uyğun olaraq çalışır. 

Fins.az xəbər verir ki, bu axşam saat 23.30 radələrində İstanbula dönəcək İkardi sabahdan etibarən klub həkimləri tərəfindən qulaq-burun-boğaz və üzünü yoxlatdıracaq. 

Daha əvvəl heç bir əməliyyata ehtiyac olmadığını bildirən ulduz futbolçu 3 gün məşq edib, şənbə günü qrupla Trabzona yollanacaq.

Yanvarın 21-i bazar günü saat 20.00-da oynanılacaq çətin matçda xüsusi hazırlanmış maska ​​ilə meydana çıxacaq Mauro İkardi təxminən 1 ay sonra formasını geri alacaq. 

Ulduz futbolçu bu müddətdə 4 matçı buraxıb. İkardi; O, sabah keçiriləcək Türkiyə kubokunda Superliqada "Konyaspor", "Sivasspor", "Kayserispor"la və Türkiyə Kubokunda "Ümraniyespor"la matçlarda iştirak edə bilməyəcək.

Günel Məlikzadə
Fins.az