İDMAN

17 Yanvar

Mauro İkardi geri qayıdır

"Qalatasaray"ın Super Liqada çıxış etdiyi Fənərbaxça derbisində zədələnən Mauro İkardidən sarı-qırmızılılara şad xəbər gəlib.

Fins.az xəbər verir ki, zədəsi səbəbindən bir müddət meydanlardan uzaq qalan argentinalı hücumçu sağalma dövrünü ölkəsində keçirirdi.

İkardi bu gün sosial media hesabındakı paylaşımında Argentinadan Türkiyəyə döndüyünü açıqlayıb.

Həyat yoldaşı Wanda Nara ilə hava limanından foto paylaşan hücumçu Argentina və Türkiyə bayraqları ilə yanaşı təyyarə emojilərindən istifadə edərək cavab mesajı verib.

Günel Məlikzadə
Fins.az