İDMAN

17 Yanvar

Fatih Terim Superliqadan qapıçısını tapıb

"Panatinaikos"un baş məşqçisi təyin olunan Fatih Terim heyətini türklərlə gücləndirməkdə davam edir.

Fins.az xəbər verir ki, Yunanıstan yığması ilə 3 liqa matçında 2 qələbə, 1 heç-heçə edən 70 yaşlı çalışdırıcı "Fənərbağça"nın müdafiəçisi Səməd Akaydını icarəyə götürüb. 

Bu imzadan sonra "Panatinaikos"da qapıçı çatışmazlığının olduğunu bildirən Terim rəhbərlikdən "Adana Dəmirspor"un qapıçısı Ertaç Özbirin heyətə cəlb olunmasını istəyib. O, 34 yaşlı əlcəklə də qarşılaşıb. 

Omba nahiyəsindən zədə alan Ertaçın qısa müddətdə meydançaya dönəcək səviyyədə olduğu öyrənilib. 

İki klub arasında baş tutan görüşdən sonra təcrübəli qolkiperin Yunanıstana yollanacağı bildirilib.

Fatih Terim Yunanıstan komandasının başında çıxış etdiyi 4 matçda 4 qol vurub. Bu görüşlərdə "Panatinaikos"un qapısını Alberto Briqnoli (1 oyun) və Yuri Lodıgin (3 matç) qoruyub.

Günel Məlikzadə
Fins.az