RAMS Başakşehir Futbol Klubunun prezidenti Göksel Gümüşdağ, sosial şəbəkədəki paylaşımına görə barəsində istintaq başlatdıqları israilli futbolçu Eden Karzevdən üzr istədiyini söylədi.
Fins.az xəbər verir ki, Göksel Gümüşdağ Todini İnşaat ilə sinə sponsorluğu imzalama mərasimindən sonra mətbuat mənsublarının suallarını cavablandırdı.
Gümüşdağ, barəsində istintaq başlatdıqları Eden Karzev haqqında belə danışıb:
"Karzev bizim oyunçumuzdur, ancaq sosial şəbəkədə paylaşım etdi. Bunu görəndə inzibati direktorumuz Murat Yaman ona zəng edərək, intizam açdığımızı bildirdi. Təhqiqat apardım və mən göstəriş verdim. Biz Karzevdən özünü müdafiə etməsini istədik. O, müdafiəsində belə deyib ki, "Mən müharibəyə deyil, sülhə dair bir ifadə işlətmək istədim, amma məni səhv başa düşdülər. Mən müharibə istəyən biri deyiləm, mən sülh istəyirəm" və üzrxahlıq etdi, dərhal yazını sildi. Amma buna baxmayaraq, biz və ölkəmiz bu məsələyə çox həssas yanaşır, bu, qəbuledilməz bir vəziyyətdir. Bunu ona bildirdik. Onun müdafiəsini dəyərləndirib qərar verəcəyik. Dünən polis idarəsində və prokurorluqda da ifadə verdi. Orada da eyni ifadələri işlədib”.
Göksel Gümüşdağ transfer səyləri ilə bağlı "Ən az iki futbolçu alacağıq" deyib.
"Aralıq transferlərdə diqqətli olmalıyıq. Transfer etdiyimiz yalnız bir oyunçu var, o da Josef de Souza. O, çox vacib oyunçu və liderdir. Bizə lazım olan mövqe idi. Ən azı daha iki oyunçu alacağıq. Məşqçi ilə görüşümüzdən sonra lazım gələrsə göndəriləcək futbolçular ola bilər. İndi baş məşqçinin 3-4 futbolçu ilə bağlı hesabatı var, o hesabata uyğun qərar verəcəyik” dedi.
Günel Məlikzadə
Fins.az