İDMAN

15 Yanvar

Başakşehirdən Eden Karzev açıqlaması

 Başakşehir sosial şəbəkədə İsraillə bağlı paylaşımından sonra onların oyunçusu Eden Karzev haqqında intizam istintaqı başladığını açıqladı.

Fins.az xəbər verir ki, Başakşehir futbolçusu Eden Karzev- in İsraili dəstəklədiyi paylaşımından sonra hərəkətə keçdi. 

Klubdan verilən açıqlamada Eden Karzev haqqında intizam istintaqının başladığı və futbolçunun yazılı müdafiəsinin alınacağı bildirilib.

Başakşehirin açıqlaması belədir:

“Klubumuz şəxsi sosial media hesabında ölkəmizin həssaslığına zidd paylaşımlar edərək klubun intizam göstərişlərini pozan Eden Karzevlə bağlı intizam araşdırmasına başlayıb və bununla bağlı futbolçunun yazılı müdafiəsi tələb olunub”.

Günel Məlikzadə
Fins.az