İDMAN

12 Yanvar

TFF MHK-nın etdiyi dəyişiklikləri nəşr edib

Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Şurası mövsümün ikinci yarısında Trendyol Super Liqasında VAR hakimlərinin sayının 40-a yüksəldildiyini açıqlayıb. Həmçinin bildirilib ki, alqoritmlə işləyən rəqəmsal hakim təyinat sistemi hər Super Liqa matçı üçün 3 hakim müəyyən edəcək.

Fins.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqanın ikinci yarısından əvvəl Mərkəzi Hakimlər Şurasının etdiyi dəyişikliklər Futbol Federasiyasının saytında dərc olunub.

Superliqada çalışan VAR hakimlərinin sayının 40-a çatdırıldığı bildirilib.

Açıqlamada, "Trendyol Super Liqasında çalışan 26 hakim 2023-2024 mövsümünün ikinci yarısından etibarən VAR hakimi kimi də fəaliyyət göstərəcək. Beləliklə, mövsümün ikinci yarısında Super Liqada 14 olan VAR hakimlərinin sayı 40-a yüksəldilib" deyildi.

Mərkəzi Hakimlər Şurasının etdiyi digər dəyişiklikdə isə qeyd olunub ki, 2023-24 mövsümünün ikinci yarısında hakim təyinat sistemi hər Super Liqa matçı üçün 3 hakim təyin edəcək.

Rəqəmsal hakim təyinetmə sistemi ilə bağlı açıqlamada, "2023-2024 mövsümünün ikinci yarısından etibarən alqoritmlə işləyən rəqəmsal hakim təyinetmə sistemi hər Super Liqa matçı üçün 3 hakim təyin edəcək. İdarə edəcək hakim MHK bu üç hakim arasından matçı təyin edəcək ".

Günel Məlikzadə
Fins.az