İDMAN

12 Yanvar

"Bavariya"nın Sacha Boey planı ortaya çıxıb

"Qalatasaray"ın uğurlu sağ cinah müdafiəçisi Sacha Boey indi Bayern Münhenin radarına düşüb. Alman nəhəngi Sacha Boey'i Mukielenin alternativi olaraq təyin etdi.

Fins.az Sky-a istinadən xəbər verir ki, adı bir çox komandalarla hallanan Sacha Boey üçün daha bir iddia almanlardan gəlib.

Bayern Munich-in sağ cinah müdafiəçisi hədəflərindən birinin Sacha Boey olduğu bildirilib.

"Bavariya"nın PSJ-nin ulduzu Nordi Mukieleni satın alma opsionu ilə icarəyə götürməyə cəhd etdiyi vurğulanıb.

Alman nəhənginin Mukielenin transferini tamamlaya bilməsə, Sacha Boeyə keçəcəyi bildirilir.

"Bavariya"nın Sacha Boey ilə şifahi razılaşmasına heç bir maneənin olmadığı bildirilib.

Digər tərəfdən, "Qalatasaray"ın transfer istəklərinin problem yarada biləcəyi də xəbər təfərrüatında yer alıb.

Bu mövsüm 29 matçda meydana çıxan Sacha Boey 2 qola töhfə verib.

23 yaşlı futbolçunun "Qalatasaray"la 2025-ci ilə qədər müqaviləsi var.

Günel Məlikzadə
Fins.az