İDMAN

12 Yanvar

Galatasaray-dan yarımmüdafiədə Orel Manqala

Bu mövsüm çempionluğu hədəfləyən "Qalatasaray" ara transfer dövrü üçün qollarını suvadı.

Fins.az xəbər verir ki, “Qalatasaray”ın hədəf sahələrindən biri də yarımmüdafiədir.

Bu çərçivədə transfer hərəkətlərinə başlayan "Qalatasaray" İngiltərə Premyer Liqa komandalarından "Nottingem Forest"in qapısını döyüb.

 "Qalatasaray" Orel Manqala üçün ingilis komandasına rəsmi təklif göndərib.

Xəbərdə 25 yaşlı futbolçunun ardınca "Qalatasaray"dan başqa "Yuventus" və "Napoli"nin də olduğu vurğulanıb.

Nottingem Forest 2022-23 mövsümünün əvvəlində Orel Manqalanı 13 milyon avroya Ştutqartdan transfer etmişdi.

Bu mövsüm İngiltərə Premyer Liqasında 18 matça çıxan və meydanda 1409 dəqiqə meydanda olan Manqala 1 qola da imza atıb.

Belçikalı yarımmüdafiəçinin komandası ilə 2026-cı ilə qədər müqaviləsi var.

Günel Məlikzadə
Fins.az