İDMAN

11 Yanvar

TFF yeni xarici qaydanı açıqlayıb

Türkiyə Super Liqada yeni Xarici Qaydalar Futbol Federasiyasının saytında açıqlanıb.

Fins.az xəbər verir ki, 2024/25 mövsümündən etibarən əcnəbilərin sayının 14-dən 12-yə endiriləcəyi, sonrakı iki mövsümdə əcnəbilərin sayının 12 olacağı bildirilib.

2027/28 və 2028/29 mövsümlərində bu rəqəmin 11-ə enəcəyi bildirilib.

Qarşılaşma günü siyahısına məhdudiyyət qoyulmayacağı bildirilərkən,  A Komandası siyahısına yazılacaq oyunçuların sayının 30-dan 26-ya endirildiyi qeyd edilib.

TFF- dən verilən açıqlamada aşağıdakı ifadələrdən istifadə olunub :

“2024-2025-ci il mövsümündən etibarən ilk üç mövsümdə A Komandası siyahısına salınacaq əcnəbi futbolçuların sayı 14-dən 12-yə, sonrakı iki mövsümdə isə 11-ə endirilib. Matç günü siyahısında heç bir məhdudiyyət olmayacaq.

“Klubların transfer büdcələrindən daha səmərəli istifadə etmələri üçün A Komandası siyahısına daxil ediləcək oyunçuların sayı 30-dan 26-ya endirilib”.

AKADEMİYA TƏLƏBİ

TFF-dən verilən açıqlamada klubun A Komandası siyahısına daxil ediləcək 14 yerli futbolçu arasında ilk 3 mövsümdə ən az 2, sonrakı mövsümdə isə ən az 3 futbolçunun klublarda yetişdirildiyi bildirilib.

Açıqlamada həmçinin, “Klub akademiyasında yetişdirilən futbolçularla yanaşı, beş mövsümdə Milli Futbol Komandamızda oynamağa haqq qazanan 14 futbolçudan ən azı 5-nin yerli akademiyalarda yetişməsi də məcburidir" ifadələrdən istifadə edilmişdir.

Bildirilib ki, 2024/25 mövsümündən etibarən əcnəbi futbolçu transferlərindən alınacaq fond haqlarının böyük bir hissəsi yerli futbolçuları oynayan klublara “yerli futbol həvəsləndirmə fondu” kimi ödəniləcək.

Günel Məlikzadə
Fins.az