İDMAN

10 Yanvar

Qalatasarayın meydana çıxaracağı 11 oyunçu müəyyənləşib:

Qalatasaray təxirə salınan matça əhəmiyyətli əskik futbolçularla çıxacaq. Sarı-qırmızılılar Trendyol Super Liqasının 16-cı həftəsinin təxirə salınan matçında EMS Yapı Sivassporun qonağı olacaq.

Fins.az xəbər verir ki, Mauro İkardi, Davinson Sançes və Serxio Oliveyranın müalicəsi davam edir.

Cəzalı Barış Alper Yılmazdan başqa, milli komandalarında çıxış edən Hakim Ziyeç və Sedrik Bakambu da meydana çıxa bilməyəcək.

Kart cəzası başa çatan Boey və Torreyra yenidən heyətə qayıdırlar.

Okan Burukun komandasını aşağıdakı 11 nəfərlə meydana çıxaracağı gözlənilir: 

  1. Fernando Muslera
  2. Sacha Boey
  3. Viktor Nelson
  4. Abdülkerim Bardakcı
  5. Kazımcan Karataş
  6. Lukas Torreira
  7. Tanguy Ndombele
  8. Vilfrid Zaha
  9. Dries Mertens
  10. Kerem Aktürkoğlu
  11. Halil Dərvişoğlu

Günel Məlikzadə
Fins.az