İDMAN

09 Yanvar

Fernando Santos imzasını atıb

Beşiktaş yeni baş məşqçisi Fernando Santosun imza mərasimi keçirib. Tüpraş Stadion Moda Mərkəzində təşkil edilən imza mərasiminə prezident Həsən Arat da qatıldı.

Fins.az xəbər verir ki, Həsən Aratın açıqlamaları belədir: 

"Bu gün çox dəyərli bir ortaqlıq üçün buradayıq. Hər ikimiz də burada olmağımızın səbəbi Beşiktaşın arzuladığı hədəflərə çatmasına kömək etməkdir. Vəzifəyə gəldiyimizdən 34 gün keçdi. Hörmətli Fernando...

Siz müəllimlərin müəllimi olaraq dünyanın ən köhnə klubu olan "Beşiktaş"a gəldiniz. Beşiktaşlı azarkeşlər vətənini və millətini çox sevir. Beşiktaşlı azarkeşlər bura Beşiktaşdır deyirlər, prinsipləri var və güzəştə getmirlər. Burada olmanız bizim edəcəyimiz işlərin qarantıdır. Onlarla kubokunuz var, dünya ulduzlarını çalışdırmısınız. Siz Beşiktaşa, Beşiktaş da sizə yaraşır. Fernando Santos  gəlişi Beşiktaşın dünyadakı nüfuzuna görədir".

Günel Məlikzadə
Fins.az