İDMAN

09 Yanvar

Halil Umut Melərə qarşı hücum iddiasında ilk məhkəmə iclası

Bu gün Ankarada hakim Umut Melerə hücumla bağlı işin ilk iclası keçiriləcək.

Fins.az xəbər verir ki, MKE Ankaragücü - Çaykur Rizespor matçında baş hakim Halil Umut Meler "Ankaragücü"nün sabiq prezidenti Faruk Koca tərəfindən yumruqlanıb. Yumruqdan sonra yerə yıxılan Melərə təpiklərlə çox adam hücum edib.

Hadisələrlə bağlı 4 nəfər haqqında məhkəmə istintaqı başladılıb, Melere hücum edənlər haqqında isə iddia açılıb. Hadisədə iştirak edən Faruk Koca və 2 nəfər həbs edilib. Saxlanılan təqsirləndirilən şəxslər daha sonra məhkəmə nəzarəti altında sərbəst buraxılıblar.

Bu işin ilk iclası bu gün Ankara Qərb 3-cü Asliye Cəza Məhkəməsində keçiriləcək. Həbsdə olan 4 müttəhim hakim qarşısına çıxacaq.

Günel Məlikzadə
Fins.az