"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin zədəsini nə vaxt sağaltacağı və hansı matçda meydana dönəcəyi bəlli olub.
Fins.az xəbər verir ki, "Qalatasaray"la "Fənərbaxça" derbisində üzünə aldığı zərbə nəticəsində üz sümüklərində sınıq yaranan Mauro İkardinin bir müddət oynamayacağı klub tərəfindən açıqlanıb.
Həm üzündəki sınıq, həm də ayağındakı zədə səbəbindən dincəlməyə ehtiyacı olan argentinalı hücumçunun Superliqanın 21-ci həftəsində Trabzonspor derbisində formasına dönəcəyi gözlənilir.
Plastik cərrahlar və qulaq-burun-boğaz həkimləri futbolçunun üzünə endirilən zərbələrdən sonra daha böyük sıxıntı yaşaya biləcəyini ifadə edərkən, onun heç bir əməliyyata ehtiyacı olmadığı da ifadə edildi.
Ulduz futbolçunun üzündəki sınıqların sağalacağı gözlənilsə də, oyunçu riskə atılmayacaq.
Ulduz futbolçu bu müddətdə Superliqada “Konyaspor”, “Sivasspor” və “Kayserispor”la, Türkiyə kubokunda isə “Ümraniyespor”la qarşılaşmalarda iştirak edə bilməyəcək.
Günel Məlikzadə
Fins.az