İDMAN

28 Dekabr

Fatih Terim 11 il əvvəl "Qalatasaray"da istədiyi futbolçunu əldə edib

"Panatinaikos"un yeni baş məşqçisi Fatih Terim 11 il əvvəl "Qalatasaray"da istədiyi futbolçunu yunan nəhəngində tapıb.

Fins.az xəbər verir ki, Türkiyə futbolunun önəmli məşqçilərindən olan Fatih Terimin dünən "Panatinaikos"a gedişi rəsmiləşib.

Dünən yeni komandası ilə ilk məşqinə çıxan Fatih Terim "Qalatasaray"da istədiyi adı düz 11 il əvvəl Panathinaikosda alıb.

Fatih Terim "Qalatasaray"da 3-cü dönəmində Ünay Aysal rəhbərliyindən 10 nömrəli bölgəyə möhkəmlətmə istəyib və mövzu ilə bağlı hesabat təqdim edib.

Görüşlərdən sonra Uesli Sneyder sarı-qırmızılılara yollanıb.

Digər tərəfdən, Fatih Terimin köməkçisi olan Hasan Şaş sonrakı illərdə Sneijder transferi ilə bağlı açıqlamasında bu ifadələrdən istifadə edib:

"Rəhbərliyə verdiyimiz siyahıda Sneyder 4-cü yerdə qərarlaşıb. Onun önündə Duşan Tadiç, Hatem Ben Arfa və Filip Djuriçiç var idi".

Həmin vaxt Fatih Terimin siyahısında olan Filip Djuricic hazırda "Panatinaikos"da çıxış edir.

Buna görə də təcrübəli çalışdırıcı 11 il əvvəl transferini istədiyi serb futbolçu ilə "Panatinaikos"da işləmək imkanı qazanıb. 

Günel Məlikzadə
Fins.az