İDMAN

22 Dekabr

Avropada böyük matçlar həftəsi!

Trendyol Super Liqası İngiltərə Premyer Liqası, İspaniya La Liqası və İtaliya A Seriyası bu həftə sonu nəhəng yarışlara şahidlik edəcək. Superliqanın 18-ci həftəsində “Fənərbaxça” ilə “Qalatasaray” derbi matçında üz-üzə gələcək. 24 dekabr bazar günü Kadıköydə oynanılacaq qarşılaşma saat 19.00-da başlayacaq. Qarşılaşma öncəsi sarı-göylülər 43 xal və top fərqi ilə liderdir. Eyni xalı olan sarı-qırmızılar ikinci pillədədir.

Fins.az xəbər verir ki, İngiltərə Premyer Liqasının zirvəsi uğrunda mübarizəni yaxından maraqlandıran matçda "Liverpul" və "Arsenal" üz-üzə gələcək. Enfild stadionunda oynanılacaq 18-ci həftə matçı sabah GMT vaxtı ilə 20.30-da başlayacaq. Bu mövsüm liqaya iddialı başlayan "Arsenal" 39 xalla liderlik kürsüsündədir. Ötən həftə “Mançester Yunayted”lə heç-heçə edərək liderliyi “Arsenal”a itirən “Liverpul” 38 xalla ikinci pillədə qərarlaşıb.

Premyer Liqanın 18-ci həftəsində "Tottenhem" "Everton"u qəbul edəcək. “Tottenhem Hotspur” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Liqanın zirvəsini təqib etməyə davam edən "Tottenhem" 17 həftədən sonra 33 xalla 5-ci yerdədir. Davamlılıq qaydalarını pozduğuna görə bu mövsüm 10 xal silinərək cəzalanan Everton 16 xalla liqada 16-cı yerdədir.

"Atletiko Madrid" və "Sevilya" İspaniya La Liqasının 4-cü həftə təxirə salınma matçında üz-üzə gələcəklər. Metropolitano Stadionunda oynanılacaq qarşılaşma sabah Bakı vaxtı ilə saat 19.15-də başlayacaq. Matç öncəsi liqada 35 xal toplayan "Atletiko Madrid" 4-cü pillədə qərarlaşıb. "Sevilya" 16 xalla 14-cü yerdədir.

İtaliya A Seriyasının 17-ci həftəsində “Roma” – “Napoli” matçı keçiriləcək. Roma Olimpiya Stadionunda keçiriləcək qarşılaşma sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Liqada son 16 həftədə 27 xal toplayan "Napoli" 5-ci pillədə qərarlaşıb. 25 xalı olan "Roma" 8-ci pillədə qərarlaşıb.

Günel Məlikzadə
Fins.az