Trendyol Super Liqasının 17-ci həftəsində "Qalatasaray" sabah VavaCars Fatih Karagümrüklə qarşılaşacaq.
Fins.az xəbər verir ki, RAMS Parkda oynanılacaq qarşılaşma Türkiyə saatı ilə 20.00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Tuqay Kaan Numanoğlu olacaq.
Liqanın geridə qalan hissəsində 13 qələbə, bir heç-heçə və bir məğlubiyyət olan sarı-qırmızılılar 40 xal toplayıb. “Fənərbaxça”nın eyni xalla lider olduğu liqada “Qalatasaray” top fərqi ilə ikinci pillədə qərarlaşıb.
Fatih Karagümrük isə liqada keçirdiyi görüşlərin 4-də qalib gəlib, 5-də heç-heçə edib, 6-da isə məğlub olub. Qırmızı-qaralar 17 xalla 13-cü pillədə qərarlaşıb.
Günel Məlikzadə
Fins.az