Real Madridin baş məşqçisi Carlo Ancelotti Villarreal matçından sonra verdiyi açıqlamada Arda Gülər üçün "Miladdan sonra hazır olacaq" dedi.
Fins.az xəbər verir ki, La Liqada 4:1 hesabı ilə uduzduqları matçdan sonra danışan Ançelotti Ardain son durumu ilə bağlı açıqlamalar verdi. "Arda Gürel o gündən bəri zədəsini sağalda bilməyib. O, Miladdan sonra hazır olacaq" dedi.
Beləliklə, Arda Gülərin "Alaves"lə səfər matçında heyətdə olmayacağı dəqiqləşdi. "Real Madrid" Miladdan sonra ilk oyununda yanvarın 3-də "Malyorka"nı qəbul edəcək.
Günel Məlikzadə
Fins.az